Qırmızı.az
İlham Əliyev “İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır”
“Son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçüb. Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da var. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcək”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olarkən deyib.
Dövlət başçısı bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi
hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şəraitin
yaradılmasının vacibliyini qeyd edərək, əsas tikinti işlərinin
torpaqların işğaldan azad olunandan sonra başlanacağını vurğulayıb:
“Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki
imkanlarımız da, peşəkar inşaatçılar da var. Bütün bu şəraiti bizim
yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son
qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz
Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar
tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaq”.
Prezident İlham Əliyev o günün gələcəyinə əmin olduğunu bildirib:
“O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq.
Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı,
əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulub.
Yəni, il ərzində təbii artım 120 min nəfər olub, getdikcə daha da
artacaq. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaq.
Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində
əsas rol oynayacaq”.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün Ermənistan xarici yardım
olmadan yaşaya bilmir: “Nəinki inkişaf edə, yaşaya bilmir. Özləri,
ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici
yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət
onları bu vəziyyətə salıb. Azərbaycan isə bu işğala, çətinliklərə
baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər
inkişaf edib! İnkişaf hələ daha da sürətlə davam edəcək. Ona görə,
ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcək. Heç
kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm
və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün
tarixi torpaqlara qayıtmalıdır. Bizim tarixi torpaqlarımız Dağlıq
Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan
tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki,
azərbaycanlıların yaşadıqları ərazi çox böyük olub. İndiki
Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə,
gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də,
uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq,
yaşayacağıq”.
Dövlət başçısının sözlərinə görə, 20 ildən artıq işğal çox
ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin
inkişafına böyük maneədir: “Ancaq 20 il tarix üçün o qədər də böyük
vaxt deyil. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən
sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcək?! Əminəm ki, biz
o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara
qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcək.
Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq
Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar
yaşayacaq. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq.
Ancaq müvəqqəti olaraq indi bu şərait də var. Mən əminəm ki, bu,
müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı
olmalıdır”.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"