"Retro" avtomobillərin istismarı qadağan olunacaq?
Bizi izləyin

Qırmızı.az

"Retro" avtomobillərin istismarı qadağan olunacaq?

"Retro" avtomobillərin istismarı qadağan olunacaq?

Avtomobil texniki baxımdan sazdırsa, onun istehsal ilinin köhnə olması istismarına qadağa qoyulmasına əsas vermir.

Bunu publika.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

“Əgər, nəqliyyat vasitəsi 1940-cı,1960-cı illərdə, yaxud da daha əvvəl istehsal olunubsa, bu o demək deyil ki onun istismarına qadağa qoyulmalıdır. Avtomobillərin istehsal ilinə görə istismarını qadağan edən qanun yoxdur”, deyə Kamran Əliyev vurğulayıb.

Şöbə rəisi bildirib ki, “Yol hərəkəti haqqında” Qanuna 1 saylı əlavə ilə istismara qadağa qoyan texniki nasazlıqların siyahısı müəyyənləşdirilib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm