"AMEA-da bahalı avadanlıq və cihazlardan niyə istifadə olunmur?"
Bizi izləyin

Qırmızı.az

"AMEA-da bahalı avadanlıq və cihazlardan niyə istifadə olunmur?"

Bir neçə il ərzində Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həm Azərbaycan Milli Elmlər Akademiyasına, həm də ali təhsil müəssisələrinə alınan çoxlu sayda bahalı avadanlıq və cihazlar bəzən tam şəkildə istifadə olunmur. Publika.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən geniş iclasında çıxışı zamanı deyib.

A.Əlizadənin sözlərinə görə, həmin cihazların istifadəsi çox mürəkkəb olduğu üçün onları lazımi mühəndislə təmin etməkdə problemlər var:

"Düzdür, mütəxəssislər təcrübədən keçib gəlirlər, amma bunlar çox azlıq təşkil edir. Ona görə də cihazların bəziləri tam qüvvədə çalışmır. Maliyyə Nazirliyi də bizə tövsiyə edib ki, akademiya bu istiqamətdə düşünülmüş və planlaşdırılmış addımlar atmalıdır. Biz düşünürük ki, 3-4 müəssisəmizdə kollektiv istifadə olunan cihazların qruplarını yaradaq. Müəssisələrdə yaradılan 3-4 qrupla akademiyanı, gələcəkdə respublikanı analitik baza ilə təmin edə bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm