Qırmızı.az
Hacıbala Abutalıbovun qərarı bağça tərbiyəçilərini ayağa qaldırdı- FOTO
Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonundakı uşaq bağçalarının işçiləri ilə bağlı təəccüb doğuran əmr verib.
AzNews.az-a daxil olan məlumata görə, mayın 13-də Binəqədi Rayonu
İcra Hakimiyyətinin nümayəndələri tərəfindən uşaq bağçalarının
işçiləri üçün vahid geyim forması paylanılıb.
Bağça tərbiyəçilərinin etirazına səbəb də, məhz bu geyimlə bağlı
olub. Fikirlərini AzNews.az-la bölüşən bağça tərbiyəçiləri deyib
ki, bağçalara paylanılan vahid geyimdə tərbiyəçilər, xadimələr,
texniki işçilər, hətta aşpazlar arasında heç bir fərq qoyulmayıb.
Yəni adı sadalanan peşə sahibləri də bağçalarda eyni geyimdə
çalışacaqlar. Elə bu məqam da tərbiyəçilərdə etiraza səbəb
olub.
Tərbiyəçilər Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası
keçirmək niyyətlərini də gizlətməyiblər və mövqelərini paytaxt meri
Hacıbala Abutalıbova çatdıracaqlarını qeyd ediblər. Onlar deyir ki,
bu geyimdə valideyin müəllimlə xadiməni ayırd edə bilmir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin aidiyatı şöbəsinin
(012) 492-31-41 telefon nömrəsinə zəng etdik. Telefonun dəstəyini
qaldıran xanım “Müəllimələr sizə niyə şikayət ediblər? Siz kimsiniz
ki? Onların şikayəti var gəlib, bizə bildirsinlər. Forma
paylanılıb, onlar da bunu geyinməlidirlər. Həmin geyimə kifayət
qədər maliyyə xərclənib. Bəyəm sifarişlə işləyirik?”. Həmin xanımın
kimliyini öyrənmək üçün sonrakı cəhdlərimiz isə bir nəticə
vermədi.
Məsələni diqqətdə saxlayacağıq.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO