“İlk yardım göstərən ölkə qardaş Azərbaycan olacaq” - Necdət Ünüvar – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“İlk yardım göstərən ölkə qardaş Azərbaycan olacaq” - Necdət Ünüvar – ÖZƏL

“İlk yardım göstərən ölkə qardaş Azərbaycan olacaq” - Necdət Ünüvar – ÖZƏL

“Əgər Somada baş verən faciə ilə əlaqədar yardıma ehtiyac olarsa, tam əminəm ki, ilk yardım göstərən ölkə qardaş Azərbaycan olacaq”. Bunu Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar bildirib.

TBMM-nin deputatı deyib ki, hazırda kifayət qədər axtarış və xilasetmə heyəti var: “Təcili tibii yardım xidmətləri gücləndirilmiş formada çalışırlar. Hələlik xilasetmə ilə bağlı əlavə heyətə ehtiyac yoxdur. Əgər belə bir köməyə ehtiyac yaranarsa, tam əminəm ki, Azərbaycan ilk kömək edən ölkə olacaq. Azərbaycan bizim dostumuz və qardaşımızdır, hər zaman bizim yanımızdadır”.

N.Ünüvar qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinə yaxından yardım göstərir: “Bu dövlətlərdən hər hansı birində xoşagəlməz hadisə baş verərsə, dərhal qardaş köməyi olur. Somada baş verən bu faciə ilə bağlı da Azərbaycanın qardaş dəstəyi oldu. Mən buna görə Azərbaycana çox təşkkür edirəm”.

N.Ünüvar hazırda faciə baş verən ərazidə olduğunu söyləyib: “Ötən gündən bəri Somadayam. Hazırda enerji, səhiyyə və sosial siyasət nazirlərimizlə bərabər burada baş verən xoşagəlməz hadisəni yaxından izləyirik. Çox təssüf ki, bu dəqiqələrə qədər 282 vətəndaşımızı itirmişik. Mədəndə dağıntılar altında qalan vətəndaşlarımızın xilas edilməsi üçün də bütün səylərimizi göstəririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm