Azərbaycanlı hüquqşünas ukraynalı həmkarını zorladı- Təfərrüat
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı hüquqşünas ukraynalı həmkarını zorladı- Təfərrüat

Biznesin inkişafı ilə bağlı Ukraynada keçirilən konfransda iştirak etmək üçün Azərbaycandan Kiyevə gedən hüquqşünas orada tanış olduğu gənc qadına qarşı zorakılıq nümayiş etdirib. Zorakılığa məruz qalan vəkil xanım bununla bağlı iki QHT-yə müraciət edib. Xanımın müraciət etdiyi təşkilatlardan biri Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın Publika.Az-a verdiyi məlumata görə, qadın şikayət ərizəsində həmin hüquqşünasın dəvəti ilə Bakıya səfərə gəldiyini bildirib: “Onlar Ukraynada keçirilən tədbirdə tanış olublar. Sonra isə həmin şəxs xanımı istirahət üçün Azərbaycana dəvət edib. Bildirdiyinə görə onu dəvət edən şəxs hoteldə ona təcavüz edib, zorakılıq göstərib, qorxudub.

Gecə ilə qız oteldən qaçaraq, gecə qalmaq üçün yer axtarıb, lakin hoteldə yer tapmayıb. Birbaşa aeroporta yollanıb, oradan da biletini dəyişib və ölkəsinə qayıdıb. Amma hüquqşünas onu yenə də narahat etməkdə davam edib. Qızın hələ ona borcu qaldığını bildirib. Hətta xanımın sosial şəbəkədəki qohumları, tanışlarına da yazaraq pulunu qaytarmasını tələb. Tələb etdiyi pul qaytarılsa da, təhdid və hədə qorxuları davam etdirib. Dəvə qutabı qonaqlığına görə ona 38 avro borclu olduğunu iddia edib

Bundan sonra gənc xanım bizə müraciət edib. İndi məsələdə adı çəkilən şəxslə görüşərək bu məsələni müzakirə edəcəyik”.

M.Əzizova onu da bildirib ki, xanım məsələnin danışıqlar yolu ilə həll edilməsini istəyir. Buna görə də həmin şəxsin adının hallanmasını istəmir.

“Biz də həmin şəxslə əlaqə saxlamışıq. Lakin o telefonla çox kobud danışaraq, Ukraynalı xanıma çəkdiyi xərcin geri qaytarılmasını tələb edib. Əgər həmin şəxs bu hərəkətindən əl çəkməzsə hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

M.Əzizovanın sözlərinə görə, xüsusən yay aylarında Rusiya və Ukraynadan Azərbaycana dəvət edilərək bu cür zorakılığa məruz qalanların sayı az deyil: “Son vaxtlar Ukrayna, Rusiyadan, Orta Asiyadan oxşar hallarla rastlaşmaları barədə şikayət edən qadınların sayı çoxalıb. Daha çox azərbaycanda rəfiqələrini yaxın tanışlarını axtaranlar bu insanların tələsinə düşür. Əvvəlcə onları ölkəyə turist kimi dəvət edirlər.

Bir müddət əvvəl də eyni hal baş vermişdi. Bir qız azərbaycanda rəfiqəsini axtararkən bir oğlanla tanış olub, o da qızı Bakının gözəl təbiəti ilə yaxından . tanış olmaq üçün ölkəyə dəvət edib. Qız gəlib, amma yaxınları uzun müddət həmin ondan heç bir xəbər almayıb. Yalnız bir gün qız telefon taparaq rəfiqəsinə zəng edib onu fahişəliyə cəlb etdiklərini deyib. Bir sözlə azərbaycanlı qızları aldadıb xaricə apardıqları kimi, bizimkilər də xarici vətəndaşları xüsusən də turist kimi dəvət edərək əxlaqsızlığa cəlb edirlər”.

M.Əzizovanın sözlərinə görə, bununla bağlı QHT-lərə əsasən, e-mail, sosial şəbəkələr vasitəsilə müraciət edilir.

"Müraciət edən kişilər daha çox iş üçün gəlmək istədiklərini deyirlər, qadınlar isə fahişəliyə cəlb edildiklərindən şikayətlənirlər. Onlayn müraciətlərdə biz yanız onları müvafiq qurumlara istiqamətləndirə bilirik. Amma həmin şəxslərin toruna düşən, oradan xilas ola bilməyən insanların da sayı çoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm