Nazir müavini: “Biçin mövsümündə heç bir problem olmayacaq”
Bizi izləyin

Qırmızı.az

Nazir müavini: “Biçin mövsümündə heç bir problem olmayacaq”

“Son 5 ay ərzində ölkəyə 471 ədəd Avropa istehsalı olan kombayn, 671 traktor, 1100 ədəd digər kənd təsərrüfatı avadanlıqları gətirilib".

Publika.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, biçin mövsümü ilə bağlı Kənd Təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə bütün regionlarda nazirliyin müəssisə və təşkilatlarından ibarət işçi qruplar yaradılıb:

“Hesab edirəm ki, bu il biçin mövsümündə istər texnika, istərsə də təşkilati işlərlə bağlı heç bir problem yaşanmayacaq. Hər bir rayonda qərargahlar yaradılıb. İstənilən fermer biçinlə bağlı yaranan problemi ilə əlaqədar "qaynar xətt"ə müraciət edə bilər və hər bir problem operativ şəkildə həllini tapacaq.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm