Gömrük Komitəsi qlobal konfrans keçirir
Bizi izləyin

Qırmızı.az

Gömrük Komitəsi qlobal konfrans keçirir

Gömrük Komitəsi qlobal konfrans keçirir

Gülüstan sarayında mayın 21-23 tarixlərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfransı öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, konfransda 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə 3 "Nobel" mükafatı laureatı iştirak edir.

Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək mərhum prezident Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etdilər.

Konfransın açılış mərasimində baş nazirin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin prezidenti, professor Deyvid Uiddouson iştirak edirlər.

Ümumdünya Ticarət Təşkilatının baş müdiri, səfir Roberto Azevedonun açılış nitqindən sonra isə əsas məruzələrlə iqtisad elmləri üzrə Nobel mükafatı laureatları – London İqtisadiyyat Məktəbində iqtisadiyyat və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universiteteinin iqtisadi elmlər professor Tomas Sargent çıxış etdilər.

Tədbirin ilk günü “Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatların rolu” və “Gömrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları” mövzularında məruzələrlə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm