İnternat məktəbində uşağın döyülməsinə Dövlət Komitəsinin reaksiyası
Bizi izləyin

Qırmızı.az

İnternat məktəbində uşağın döyülməsinə Dövlət Komitəsinin reaksiyası

“Komitə olaraq Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə diqqətimizdədir”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, hazırda komissiya heyəti yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar:

“Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə ki, o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq mühafizə orqanları məşğul olur. Hər hansı bir uşağa təziq olunarsa, aidiyyəti orqanlar kənarda dayanmamalıdır”, - deyə komitə sədri əlavə edib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm