Qlobal gömrük konfransı başa çatdı
Bizi izləyin

Qırmızı.az

Qlobal gömrük konfransı başa çatdı

İki gündür davam edən Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı bu gün öz işini başa vurub.

Teleqraf.com-un məlumatna görə, konfransda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) ilə Avropa Port İcma Sistemləri Assosiasiyası arasında anlaşma memorondumu imzalanıb. Memorondumun imzalanmasından sonra bir sıra şəxlərə təltiflər, mükafatlar və fəxri adlar təqdim olunub.


Dövlət Gömrük Xidmətinin rəisi Aydln Əliyevə Ukrayna Gömrük Akademiyasının fəxri doktoru adı verilib. DGK-də İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İntiqam Babayevə isə mükafat və hədiyyələr təqdim olunub.


DGK sədri Aydın Əliyev peşəkar və akademik nailiyyətlərinə və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransını təşkil etdiyinə görə İNCO-nun fəxri üzvü adına layiq görülüb. Aydın Əliyevin bu mükafata ən layiqli namizədlərdən biri olduğu vurğulanıb.


Bildirilib ki, gömrük işinin təşkili baxımından verdiyi xidmətlər çox faydalı olduğu üçün bu mükafata layiq görülüb. DGK sədri Aydın Əliyev bu mükafatlara görə, konfransın təşkilatçılarına təşəkkür edib: “Konfransı təşkil etmək asan deyildi. Amma biz bu barədə müzakirələr, fikir mübadilələri apardıq. Sonda isə bizimlə həmfikir olanları bir araya gətirə bildik. Əsas da odur ki, 3 Nobel mükafatçısının tədbirdə iştirakına nail ola bildik.


Bu yanaşmalar isə gömrüyün işində yenilikləri tələb edir. Biz də riskləri öz üzərimizə götürdük. Çünki bu iş böyük risk tələb edir. Bu əməkdaşlıq yalnız bu günlə məhdudlaşmır. Ümumdünya Gömrük Təşkilatı ilə daim görüşlər olur və bu davam edəcək”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm