Qırmızı.az
Əməkdar artist: "Əzrail qapıdadır, tabutum pəncərədən çıxacaq" – FOTO
“Heç zaman istəməzdim ki, məni sevən tamaşaçılarımın qarşısına belə çıxım. Mən Allah deyiləm ki, deyim ki, üç günə öləcəm, üç aya, ya da üç ilə öləcəm. Sümüklərimdə ərimə gedir. Allah bu günü heç kimə göstərməsin. Bütün gün ağrılardan iniltimi qızım, anam eşidir. İstəməzdim bu günlərə qalım. Amma Əzrail qapıdadır”.
Milli.Az bildirir ki, bu sözləri “ATV” telekanalında Musiqili
Teatrın aktrisası Xanım Qafarova deyib. Aktrisa
danışarkən göz yaşlarına hakim ola bilməyib: “Ağzım, dişim keyiyib,
yemək yeyə bilmirəm. Allahdan ümidimi kəsmirəm. Bəlkə, tanrım elə
bir möcüzə edəcək ki, mən yaxşı olub, ayağa duracam. Bəlkə, Allah
məni azyaşlı övladıma, anama bağışlayacaq. Yaşadığım mənzil çox
balacadır. Mən öləndə tabutum qapıdan yox, pəncərədən çıxacaq.
Deyəcəklər ki, Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın
aparıcı aktrisasının cənazəsi pəncərədən çıxdı. Bu, mənim üçün
böyük utancdır”.
Qeyd edək ki, X.Qafarova süd vəzi xərçəngindən əziyyət çəkir. O,
2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ