Daha bir general haqqında yoxlamalar başladı
Bizi izləyin

Qırmızı.az

Daha bir general haqqında yoxlamalar başladı

“Fazil Aşumovla bağlı, yəqin ki, yaxın vaxtlarda bir qərar qəbul olunacaq”.

Bu sözləri “Axar.az”a Müdafiə Nazirliyinin Rabitə İdarəsinin keçmiş rəisi general-mayor Fazil Aşumovun həbs ediləcəyi ilə bağlı informasiyanı şərh edərkən hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Fazil Aşumovla bağlı araşdırmanın Abşeron rayonundakı hərbi hissələrin birində baş verən pozuntu ilə əlaqədar olduğunu vurğulayıb:

“Mənim özüm də az öncə Müdafiə Nazirliyinin daha bir generalı barədə aktın bağlanılması haqqında xəbər aldım. Bu, daha çox Abşeron rayon ərazisində yerləşən hərbi hissə ilə bağlı idi. Həmin hərbi hissə Rabitə İdarəsinə tabe idi. Orada çoxlu avadanlıqlar sıradan çıxıb. Bununla bağlı məsələ ortaya çıxandan sonra bütövlükdə Rabitə İdarəsinin fəaliyyəti yoxlanılıb. Fazil Aşumovla bağlı yəqin ki, yaxın vaxtlarda bir qərar qəbul olunacaq. Onun həbs olunma ehtimalını irəlü sürməkdə çətinlik çəkirəm. Çünki konkret faktlara malik deyiləm. Amma dövlətə kifayət qədər ziyan vurulub. Ola bilsin ya ziyan ödəniləcək, ya da digər müvafiq qərarlar qəbul ediləcək. Fazil Aşumov kifayət qədər böyük sahəyə cavabdehlik daşıyır. Onun məsuliyyətinin nə qədər olması barədə yəqin ki, bu yaxınlarda Hərbi Prokurorluq məlumat yayacaq”.

Qeyd edək ki, bir az öncə “Moderator.az” saytı Hərbi Prokurorluqda general-mayor Fazil Aşumovun əməllərinin araşdırıldığı barədə informasiya yayıb. Məlumatda həmçinin Fazil Aşumovun ölkədən çıxmaması barədə iltizam alındığı da bildirilib. Onu da xatırladaq ki, general-mayor Fazil Aşumov Müdafiə naziri tərəfindən vəzifədən azad olunduqdan sonra Naxçıvanda yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusunun rabitə rəisi vəzifəsinə gətirilmişdi. Bir müddət burada xidmət keçən rəis daha sonra ordudan təxris olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm