Əli İnsanov əfv olunmayacaq – Zahid Qaralovdan AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Əli İnsanov əfv olunmayacaq – Zahid Qaralovdan AÇIQLAMA

Əli İnsanov əfv olunmayacaq – Zahid Qaralovdan AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri, Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü Zahid Qaralov sabiq səhiyyə naziri Əli İnsanovun bu həftə əfv olunmasının gözlənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

YAP rəsmisi Z.Qaralov Publika.az-a açıqlamasında deyib:

“Əfv Komissiyasının 1 həftə ardıcıl keçirilən iclasları artıq başa çatıb. İclaslarda təqribən 550 nəfərin müraciətinə baxılıb. Yəqin ki, bu günlərdə Prezidentimizin əfvlə bağlı fərmanı çıxacaq və 28 may - Respublika Günü ilə əlaqədar əfv olunanlar öz evlərində olacaqlar. Ancaq bildiyim qədər, Əli İnsanov ərizə ilə müraciət etməyib. Əfv Komissiyası isə yalnız ərizə ilə müraciət edənlərə baxır. Kim ərizə verir, ona da baxırıq. Biz məsləhətverici orqanıq, həll edən isə Prezidentdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm