Ağır yol qəzası: 3 avtomobil toqquşdu
Bizi izləyin

Qırmızı.az

Ağır yol qəzası: 3 avtomobil toqquşdu

Bakının Nəsimi rayonu, Puşkin və 28 May küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakının Nəsimi rayonu, Puşkin və 28 May küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, Həsənov Eldar Rizvan oğlu idarə etdiyi “Hyundai” markalı minik maşını ilə 28 may küçəsində hərəkətdə olarkən Puşkin küçəsinin kəsişmədə “Ford” markalı avtomaşın qəfildən onun yoluna çıxıb və qəza qaçılmaz olub. Zərbədən sonra idarəetmədən çıxan “Ford” parkın kənarında dayanmış daha iki nəqliyyat vasitəsinə - Yusifi Fəxrəddin Məhbub oğluna məxsus “Reno” və Məmmədov Qənimət Məmi oğluna məxsus “Mercedes” markalı avtomaşına da ziyan vurub. Hadisə zamanı “Ford”un sürücüsü yüngül xəsarət alıb. Onun avtomaşını sənədsiz idarə etdiyi də üzə çıxıb.

Avtomobillər iki yolun ayrıcında toqquşduğundan onlardan birinin işıqforun qırmızı işığında toqquşması ehtimalı yaranıb.

Qəzanın səbəblərini əraziyə cəlb olunmuş Nəsimi polisi aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Ford markalı avtomaşını idarə edən şəxs ifadəsinin alınması üçün Nəsimi RPİ-nin 22-ci PB-nə aparıldı.

O, hətta hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları buna imkan vermədi. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm