Qırmızı.az
Türkiyədə Rəsulzadənin kitabı nəşr edilib
Türkiyədə Məmməd Əmin Rəsulzadənin “İhtilalci Sosyalizm və Demokrasi” adlı kitabı nəşr edilib.
Publika.az-ın məlumatına görə, M. Ə. Rəsulzadənin 130-cü doğum ildönümü xatirəsinə həsr olunan bu kitab, 28 May İstiqlal bayramı astanasında nəşr edilib.
Kitabın önsözünnün müəllifi Prof. Dr. Cəmil Həsənlidir. Önsözdə, M. Ə. Rəsulzadənin yaşadığı siyasi mühit və onun fəaliyyətləri haqqında geniş bilgi verilib. Kitabın yazılarını seçib Türkiyə türkcəsində çevirən, Türkiyədə mühacirət həyatı yaşayan Güney Azərbaycanlı araşdırmaçı- yazar Ramin Cabbarlıdır.
Kitab, Rəsulzadənin iki önəmli risaləsi və 10 digər yazısından ibarətdir. Bu kitabda Rəsulzadənin daha çox sosyolojik və fəlsəfi yazıları seçilib. Kitabın adı “İhtilalci Sosyalizmin İflası” və “Demokrasinin Geleceği” adlı iki risalələnin adının birləşdirməsidir. Bu iki risalə “İxtilalçı Sosializmin İflası və Demokrasinin Gələcəyi” adıyla 1928-ci ildə “Milli Azərbaycan Nəşriyyatı”nın 8-ci sayısında İstanbulda yayınlanıb.
“Ulusal Dayanışma”, “Millet Olmak Azmi”, “Milletçilik- Patriotism”, “Ulusal Birlik”, “Yanlış Terim Kullanmayalım”, Millet ve Kavim”, “Ulusal Ahlak”, “İdealistler Oportünistler, Bozguncular”, “Doğu İslam Uygarlığında Azerbaycan’ın Rolü”, “Bibliyografya; Rical-i Azerbaycan Der Asr-i Meşrutiyet” adlı yazılar isə kitabda yer alan digər yazılardır. Kitabı İstanbulda Doğu nəşriyyatı tərəfindən yayınlanıb.
-
Nəqliyyat17:00
Yanğına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
İdman16:35
“Real”ın gələcək ulduzunun “sevgi müqaviləsi” - Görün hansı bəndlər varmış
-
Nida Xəbər 16:05
Polis erməni deputatları sərhədimizə buraxmadı
-
Magazin115:55
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: gördüm ki, maşında... - VİDEO
-
Rəsmi xronika12:49
İlham Əliyev və Rəisi açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Magazin212:40
"Kızılcık şerbeti"nin aktrisasının başına iş gəldi
-
Ekologiya12:30
Sabah hava necə olacaq? - PROQNOZ
-
Qoroskop11:45
Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?