Qırmızı.az
Tarix İnstitutunun bəzi əməkdaşları işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib. Publika.az-ın məlumatına görə, İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun sədrliyi ilə keçirilən şurada 2014-cü il aprelin 4-dən 25-dək olan müddət ərzində keçirilən elmi işçilərin attestasiyasının nəticələri ilə bağlı məsələ müzakirə olunub.
Şurada Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli 25/4 saylı qərara uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyası keçirilib.
Elmi Şuranın sədri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək
gənclərə üstünlük verilməsinə baxmayaraq uzun illərdən bəri Tarix
İnstitutuna gənc mütəxəssislərin işlə təmin olunması üçün lazımınca
vakant yerlərin ayrılmamasını təəssüf hissi ilə qeyd edib.
Tarix institutunun elmi işlər üzrə direktor müavini t.ü.f.d. Cəbi
Bəhramov Tarix İnstitutunda keçirilən attestasiyanın nəticələri ilə
Elmi Şura üzvülərini tanış edib. İnstitutun əməkdaşları fəaliyyət
göstərdikləri son 5 ildəki elmi nəticələr nəzərə alınaraq müvafiq
olaraq baş elmi işçi, aparıcı elmi işçi, elmi işçi və kiçik elmi
işçi vəzifələrinə uyğun görülüblər. Bəzi əməkdaşlara isə tutduğu
vəzifələrdə saxlanılmaqla öz elmi tədqiqat işlərinin səmərəsini
artırmaq üçün bir il vaxt verilib. Fərdi plan əsasında elmi
tədqiqat işlərini yerinə yetirməyən və müntəzəm olaraq işə davam
etməyən bəzi əməkdaşlar isə tutduqları vəzifələrdən azad
edilib.
Elmi Şura üzvülərinin yekdilliklə səsverməsi ilə attestasiyanın nəticələri təsdiq olunub.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu