DİN Aynar Məmmədovun dindirilməsi məsələsinə aydınlıq gətirib
Bizi izləyin

Qırmızı.az

DİN Aynar Məmmədovun dindirilməsi məsələsinə aydınlıq gətirib

Daxili İşlər Nazirliyi jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı Aynar Məmmədovun dindirilməsi məsələsinə aydınlıq gətirib.

Son günlər bir sıra kütləvi informasiya vasitələrində "Yeni müsavat" qəzetinin müxbiri Fərahim İlqaroğlunu Aynar Məmmədovun döydürməsi, elə buna görə də sonuncu şəxsin istintaq orqanı tərəfindən dindirilməsi ilə əlaqədar müxtəlif məlumatlar yayılır.

Bu iddiaların həqiqətə nə dərəcədə uyğun olması barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, nazir Ramil Usubova ünvanlanmış müraciətlərdə, kütləvi informasiya vasitələrində, habelə zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Məmmədov Aynar Elton oğlu istintaqa çağırılaraq ifadəsi alınıb, istintaq zamanı həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm