Qırmızı.az
Azərbaycanda müəllim müəlliməni doğradı
“Heç bir il deyildi ki, toyları olmuşdu. Toydan az sonra yola getmədilər, qız tez-tez küsüb atasının evinə gedirdi. Elə hadisə də həmin evdə baş verdi. Əri gedib onu ata evində bıçaqdan keçirdi”. Bu fikirləri müəllim ailəsində törədilən cinayəti araşdıran zaman Milli.Az-a rayon sakinləri dedilər.
Amansız cinayət hadisəsi Goranboy rayonunda törədilib. Nicat Həsənovqaynatasının evində 30 yaşlı arvadı Günay Quliyevanı bıçaqla öldürüb. Dünən bu haqda məlumat versək də, bu gün qətlin təfərrüatlarını öyrəndik.
Saytın Goranboy Rayon Prokurorluğundan əldə etdiyi xəbərə görə, Gənclər və İdman Mərkəzində müəllim işləyən N.Həsənov bir neçə ay əvvəl Günayla evlənib. Rayondakı orta məktəblərdən birində müəllim işləyən Günay hadisədən bir neçə gün əvvəl əri ilə dava edərək ata evinə gedib. Nicat isə hadisə günü onu evinə qaytarmaq üçün qaynatasının evinə gedib. Elə orada mübahisə düşüb və arvadına elə qaynanasının gözləri qarşısında 10-dan artıq bıçaq zərbəsi vurub. G.Quliyeva xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Hazırda N.Həsənov polis nəzarətinə alınıb və onun dindirilməsindən sonra bəzi qaranlıqlara da aydınlıq gətiriləcək.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO