Sınaq Qiymətləndirilməsinə aid testlər təqdim olunub
Bizi izləyin

Qırmızı.az

Sınaq Qiymətləndirilməsinə aid testlər təqdim olunub

Sınaq Qiymətləndirilməsinə aid müəllimlərə nümunəvi testlər təqdim olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcək.

Bu məqsədlə Bakının 12 rayonunda müəllimlərlə görüşlər keçirilib, suallar cavablandırılıb.

Müəllimlərin görüşlərdəki istəkləri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İdarənin rəsmi “Facebook” səhifəsinə daxil olan çoxsaylı sualları nəzərə alaraq, sosial şəbəkədə Sınaq Qiymətləndirilməsini əhatə edən fənnlər üzrə bir neçə nümunə də təqdim edilib.

Qeyd edək ki, tezliklə GÇQH, fizika, fiziki tərbiyə, təsviri incəsənət və rəsmxətt ixtisasları üzrə suallar da “Facebook” səhifəsinə əlavə olunacaq, nümunə kimi göstəriləcək.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm