Bu gün “Son zəng”dir - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bu gün “Son zəng”dir - VİDEO

Bu gün “Son zəng”dir

Bu gün ölkənin tədris həftəsi 5 günlük olan orta məktəblərində “Son zəng” qeyd edilir.

Tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.

Tədbirlər saat 10:00-da başlanacaq, 3 saat davam edəcək. Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Təhsil Nazirliyi yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə edib ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.

“Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm