Qırmızı.az
Nazirlikdə özünü doğrayan əlil danışdı (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd etmiş birinci qrup əlil Rəşid Nəbiyevin vəziyyəti ağır olaraq qalır.
AzNews.az-ın əməkdaşı ilə danışan inthara cəhd edən şəxs özünə qəsd
etməsinin səbəblərinə də aydınlıq gətirib:
“Danışmağa əziyyət çəkirəm, ağrılarım var. Məni çox incitdilər, canımdan bezdirdilər. Ona görə məcbur olub özümə qəsd elədim. Özümü çox pis hiss edirəm. Mən ikinci qrup əliləm, amma dərəcəmi düz vermirdilər. Çox get-gələ saldılar, axırda 3-cü qrup verdilər. Hadisə nazirliyin birinci mərtəbəsində olub. Dedim ki, nazirin qəbuluna düşmək istəyirəm. Şərait yaratmadılar”.
Qeyd edək ki, hadisə mayın 29-da günorta saatlarında nazirliyin
binasında qeydə alınıb. Nəbiyev dərhal akademik M.A.Topçubaşov
adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdirilib.
Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəstənin
qayğısına qalmaqdansa, bu informasiyanı ört-basdır etmək istəyir.
Belə olmasaydı, AzNews.az-ın yaydığı bu xəbəri Nazirliyin
İctimaiyyətlə Əlaqələr Şöbəsindən həyasızcasına təkzib etməyə
çalışmazdılar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev “Qafqazinfo”
ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks
etdirmir: “Yalandır. Dünən nazir Salyanda olub. Orada yaşayan
vətəndaşları qəbul edib”.
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT