Milli parkda pulsuz attraksionlara görə dava düşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Milli parkda pulsuz attraksionlara görə dava düşdü - FOTOLAR

Bu gün 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Dənizkənarı Milli Parkın rəhbərliyi uşaqları sevindirmək qərarına gəlib.

Bu gün 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Dənizkənarı Milli Parkın rəhbərliyi uşaqları sevindirmək qərarına gəlib.

Bəzi attraksionlar uşaqlar üçün pulsuz fəaliyyətə başlayıb. Attraksionlar səhər saat 9:00-dan 12:00-a qədər 15 yaşına qədər olan uşaqlara pulsuz xidmət göstərib.

Şəhərdə baş verənləri müşahidə etmək üçün həmin əraziyə yollandıq. Havanın qızmar günəşli olmağına baxmayaraq dediyimiz kimi elə səhər saatlarından valideynlər azyaşlılarını əylənməyə gətirmişdilər. İnsanlar istiyə məhəl vermədən əylənmək üstündə hətta 1 saata yaxın belə gözləməli olurdular.


Qeyd edək ki, pulsuz attraksionlara görə valideynlər arasında növbə tutmaq üçün söz davası düşdü.

Pulsuz attraksionların keçirilməsində əsas məqsəd isə maddi vəziyyəti aşağı olan valideynləri sevindirməkdir. Amma təəssüflər olsun ki, bu addımı tez-tez atmaq da mümkün olmur. Buna səbəb kimi həftə sonu və bayram günləri Milli Parkda əhalinin sıx olması göstərilir. Belə olan halda valideynlər və uşaqlar arasında anlaşılmazlıq yaranır. Ona görə də pulsuz attraksionların tez-tez keçirilməsi mümkün olmur. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm