Paytaxtda ağır yol qəzası baş verib: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Paytaxtda ağır yol qəzası baş verib: yaralılar var

Bakının Binəqədi rayonunba yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı isə bir-birinə əks istiqamətlə hərəkət edən iki avtomaşın toqquşub.

Bakının Binəqədi rayonunba yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı isə bir-birinə əks istiqamətlə hərəkət edən iki avtomaşın toqquşub.

Hadisə xırdalan dairəsindən üzü Biləcəri qəsəbəsi istiqamətində gedən yolda baş verib. Qəza zamanı Nəbi Ağayevin idarə etdiyi “Lada” markalı avtomaşınla Sahib Quliyevə məxsus “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən sonra “Lada” markalı avtomaşında olan sürücünün oğlu və azyaşlı nəvəsi xəsarət aldığından onlar 1 saylı şəhər klinik xəstəxanasına aparılıblar.

Hadisə yerində olan Binəqədi rayon polis idarəsinn əməkdaşları bildirdilər ki, qəza “Mercedes” sürücüsünün idarəetməni itirərək digər nəqliyyat vasitəsinin yoluna çıxması səbəbindən meydana gəlib. Həmçinin qəzanın baş verdiyi yolun işıqlandırılmaması da hadisənin baş verməsində öz rolunu oynayıb.

Qəzanın səbəblərini müəəyən etmək üçünsə müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin edilib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm