
Tanınmış müğənni, xalq artisti Eldar Ələkbərovun ailəsində ağır itki olub.
Samir adlı oxucusunun Milli.Az-a verdiyi məlumata görə, 2 gün əvvəl
Qazaxdan Bakı istiqamətində hərəkət edən "Ford" markalı minik
avtomobili "Shacman" markali yük avtomobilinə arxadan çırpılıb.
Hadisə zamanı 7 nəfər ağır yaralanıb, 4 nəfər isə dünyasını
dəyişib. Yaralılar Eldar Ələkbərovun bacısı uşaqları və onların
həyat yoldaşları, ölənlər isə müğənninin bacısı nəvələri olub.