“Azərtac”ın əməkdaşı vəfat etdi
Bizi izləyin

Qırmızı.az

“Azərtac”ın əməkdaşı vəfat etdi

“Azərtac”ın əməkdaşı vəfat etdi

“Millət” qəzetinin sabiq baş redaktoru Azər Hüseynov vəfat edib.

Bu barədə Publika.az-a AMİP üzvü Əli Orucov məlumat verib.

Onun sözlərinə görə, mərhum baş redaktor qəfil ürəktutmasından dünyasını dəyişib: “61 yaşı var idi. Heç bir şikayətinin olmadığını deyirdilər. Amma qəfil ürəktutmasından sonra vəfat edib. Bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək”.

Ə. Orucov qeyd edib ki, Azər Hüseynov “Millət” qəzetinin ilk baş redaktoru olub.

“Sonuncu iş yeri isə “Azərtac” idi. Dövlət Teleqraf Agentliyi ilə kənardan əməkdaşlıq edirdi. Allah rəhmət etsin deyirik”, deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm