ŞOK: Villaya birləşdirilən keçid uçdu, yoxsa uçuruldu? – VİDEO
Bizi izləyin

Qırmızı.az

ŞOK: Villaya birləşdirilən keçid uçdu, yoxsa uçuruldu? – VİDEO

Bu gün Bakı-Salyan şosesində, Şıx ərazisində kranın zərblə çırpılması nəticəsində piyada keçidinin uçması bəzi ehtimalların səsləndirilməsinə səbəb olub. Qeyd edək ki, keçid 99 JK 467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Had

Bu gün Bakı-Salyan şosesində, Şıx ərazisində kranın zərblə çırpılması nəticəsində piyada keçidinin uçması bəzi ehtimalların səsləndirilməsinə səbəb olub. Qeyd edək ki, keçid 99 JK 467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Xatırladaq ki, dünən mediada məhz bu keçidin hansısa imkanlı şəxs tərəfindən bir tərəfinin villasına, digər tərəfinin isə dənizə açıldığı, bir ailədən başqa bu keçiddən heç kimin istifadə edə bilməməsi barədə xəbər yayılmışdı.

Cəmi bir gündən sonra keçidinin məhz bu cür uçması şübhələrə yol açıb.

****

Bakı-Salyan yolu üzərində piyada keçidinin çökməsi barədə rəsmi məlumat da verilib.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində "Mercedes" markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

- See more at: http://axar.az/news/19962#ad-image-0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm