Uçan keçidi iş adamı villasına birləşdiribmiş
Bizi izləyin

Qırmızı.az

Uçan keçidi iş adamı villasına birləşdiribmiş

Dünən Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında uçan keçidlə bağlı sensasion təfərrüat bəlli olub.

Dünən Bakı-Salyan şosesində, Şıx ərazisində uçan yerüstü keçidlə bağlı sensasion təfərrüat bəlli olub.

Nə qədər qəribə səslənsə də, dünən uçan keçidin dövlət tərəfindən ayrılan vəsaitlə deyil, tanınmış iş adamı Fuad Əfəndiyevin şəxsi pulu ilə tikildiyini məlum olub.

Belə ki, Bakı-Salyan şossesi yenidən təmir olunub, genişləndirilərkən, Fuad Əfəndiyevin həmin ərazidə olan şəxsi torpaq sahəsinin bir hissəsi plana düşüb. Bu zaman iş adamı ilə "Azəryolservis" ASC arasında narazılıq yaşanıb. Şıx ərazisində böyük torpaq sahəsi və demək olar ki, "villa şəhərciyi" olan Fuad Əfəndiyev sonda "Azəryolsevis" ASC ilə razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, yolun genişləndirilməsi zamanı plana düşən torpaqlarının əvəzində Fuad Əfəndiyevə "villa şəhərçiyi"ni dənizlə bağlamaq üçün keçid tikməyə icazə verilir. "Azəryolservis"in əvvəlki planında isə həmin ərazidə keçid tikmək yox imiş. /Avropa.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm