Hüquqi şəxslərin qeydiyyatı barədə məlumatlar harada nəşr olunacaq?
Bizi izləyin

Qırmızı.az

Hüquqi şəxslərin qeydiyyatı barədə məlumatlar harada nəşr olunacaq?

Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatların dərc ediləcəyi mətbu nəşrlər müəyyən edilib.

Prezident “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2000-ci il 25 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Həmin Fərmana əsasən qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri haqqında məlumat – “Ədliyyə”, dini qurumlar haqqında məlumat – “Cəmiyyət və din”, kommersiya hüquqi şəxslər haqqında məlumat – “Vergilər” qəzetlərində dərc olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm