Böyük Britaniyalı Lord Bakı Ali Neft Məktəbində (FOTO)
Bizi izləyin

Qırmızı.az

Böyük Britaniyalı Lord Bakı Ali Neft Məktəbində (FOTO)

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi, Kembric Universitetinin professoru, Asiya və Orta Şərq dilləri fakültəsinin rəhbəri Cefri Xan və “Global Strategy” şirkətinin direktoru Entoni Fişer Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüblər.

Qonaqları Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən Ümumi işlər üzrə prorektor Rəşad Həsənov xaricdə rəsmi səfərdə olan rektor Elmar Qasımovun salamlarını onlara çatdırıb.

Daha sonra Bakı Ali Neft Məktəbinin yaranma tarixi haqqında qonaqlara ətraflı məlumat verən R. Həsənov bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda, istər

Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub.

O, qeyd edib ki, Bakı Ali Neft Məktəbində tədris Avropa Kredit Transfer sisteminin tələbələrinə uyğun şəkildə təşkil olunub və bu ali təhsil müəssisəsində Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetin tədris proqramları tətbiq olunmaqdadır.

Odlar Yurdu Azərbaycanda olduğundan məmnunluq hissi keçirdiyini bildirən Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi qeyd edib ki, Azərbaycan sürətli inkişaf yolunda inamla addımlayır .O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulayıb ki, dünyaya açılmış və regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Aİ dövlətləri üçün böyük əhəmiyyət daşıyır. O, tələbələrə müraciət edərək bildirmişdir ki, artıq güclü dövlətə çevrilmiş ölkənizi qorumaq və daha da inkişaf etdirmək Siz gənclərin əlindədir.

"Siz gənclər nə qədər savadlı olsanız, ölkəniz də bir o qədər inkişaf edəcəkdir".

Çıxışının sonunda Lord Riçard Risbi Bakı Ali Neft Məktəbinin gənc kollektivinə uğurlar diləyib.

Qısa vaxt ərzində Avropa standartlarına cavab verən, inglis dilli, müasir tədris texnologiyaları ilə təhciz olunmuş belə bir universitetin yaranmasını yüksək qiymətləndirən Kembric Universitetinin professoru Cefri Xan Bakı Ali Neft Məktəbi ilə gələcəkdə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Tədbir çərçivəsində qonaqlar BANM tələbələrinin çoxsaylı suallarını cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm