Azərbaycanlı oliqarx hərbi aerodrom aldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı oliqarx hərbi aerodrom aldı

Azərbaycanlı oliqarx Telman İsmayılov barədə sensasiya sayıla biləcək məlumat yayılıb.

Axar.az-a daxil olan məlumata görə, hazırda Türkiyədə yaşayan azərbaycanlı oliqarx Ukraynada böyük bir sövdələşməni həyata keçirmək niyyətindədir. Söhbət onun Kiyev yaxınlığında yerləşən Uzin aerodromunun alğı-satqısında iştirakından gedir.

Məlumata görə, rəsmi adı "Uzin Aviasiya Bazası" olan bu obyekt hazırda hərbi məqsədlər üçün istifadə olunmur. Bir qədər əvvəl isə Kiyev hökuməti həmin aerodromun sahəsini hərraca çıxarıb. Məhz bu hərrac İsmayılovun diqqətini çəkib. Bundan sonra İsmayılovun sahibi olduğu AST Qrup hərracda iştirak edərək qalib gəlib. Amma sövdələşmənin ona neçəyə başa gəldiyi barədə heç bir bilgi verilmir.

Ekspertlər isə İsmayılovun yeni obyektindən hansı təyinat üzrə istifadə edəcəyi barədə indidən birmənalı fikirdədirlər. Azərbaycanlı oliqarx orada böyük ticarət obyektləri tikdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm