İmtahan verəcək müəllimlərə buraxılış vərəqələri verildi
Bizi izləyin

Qırmızı.az

İmtahan verəcək müəllimlərə buraxılış vərəqələri verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirməsi üçün buraxılış vərəqələrini məktəb direktorlarına təqdim edib.

Publika.az-ın məlumatına görə, vərəqələr bu gün BŞTİ-də keçirilən iclasda verilib.

İclasda BŞTİ-nin rəsmi nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına hazırlanan buraxılış vərəqəsi barədə ətraflı məlumat verilib.

Buraxılış vərəqələrində qiymətləndirilmədə iştirak edən müəllimin adı, soyadı, ata adı, ixtisası, rayon kodu, məktəb kodu, iş nömrəsi, qiymətləndirilmənin tarixi və keçirildiyi yer qeyd edilib. Qiymətləndirməyə gələn zaman müəllimlər həm buraxılış vərəqəsini, həm də şəxsiyyəti təsdiq edən sənədi özü ilə gətirməlidir. İştirakçı müəllimin qiymətləndirilmə mərkəzinə buraxılış vərəqəsində göstərilən saatdan 1 saat 30 dəqiqə əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə başladıqdan 30 dəqiqə sonra gələn müəllim zala buraxılmayacaq. Qiymətləndirilmə 2 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm