Havanın tozlanması kimlərə pis təsir edir?
Bizi izləyin

Qırmızı.az

Havanın tozlanması kimlərə pis təsir edir?

Havanın yaxın günlərdə yenidən toz dumanı ilə çirklənəcəyi gözlənilmir. Çünki meteoroloji şərait buna imkan yaratmır.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib.

O bildirib ki, son iki gündə vəziyyət stabilləşməyə doğru gedir. Bunun nə ilə bağlı olmasına gəlincə, direktor müavini deyir ki, Türkmənistan ərazisində əsən küləklər oradakı səhralıqların tozunu qaldırır və nəticədə yüngül toz hissəcikləri atmosferin daha yuxarı təbəqələrinə qalxır:

“Dünən və bu gün, əsasən, şimal və qərb küləkləri əsir. Bu da səpələnməyə kömək edir. Bu gün səhər saatlarında hava nümunəsi üzrə analizlər havada toz dumanı ilə çirklənmənin normadan 1,7 dəfə çox olduğunu göstərir. Bu da ötən günlərlə müqayisədə çirklənmənin 1,5 dəfə azalmasından, səpələnmənin yaxşı getməsindən xəbər verir. Türkmənistan ərazisinin meteoroloji şəraiti hələ ki yaxşıdır”,– deyə Mətanət Avazova əlavə edib.

O bildirir ki, bu toz hissəcikləri tənəffüs yollarına çökür və nəticədə başqa maddələr insan orqanizminə daxil olur.

“İmmuniteti zəif olan insanlara toz daha pis təsir göstərir. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Belə tozlu havalarda insanlar qapalı yerlərdə olmalıdır. Açıq havada olmaları məsləhət deyil”,– deyə Avazova vurğulayıb.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm