Bu gün buludlu, lakin yağmursuz hava olacaq
Bizi izləyin

Qırmızı.az

Bu gün buludlu, lakin yağmursuz hava olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Temperatur gecə 16-21°, gündüz 26-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 11-16°, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 14-19°, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var.

Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 16-20°, gündüz 27-32° isti, dağlarda gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm