
Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən
Publika.az-a verilən məlumata əsasən, yol
cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin
yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən
Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif
Səfərov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Nizami Gəncəvi küçəsindən istifadə
etmələri tövsiyə olunur.
Yollarda təmir “Azəryolservis” ASC tərəfindən aparılır.