Qırmızı.az
Telman İsmayılov mülklərini satışa çıxarır – 4 milyard borca görə
Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılov "Bank Moskva"ya olan borcunu ödəmək üçün Moskvanın Krasnaya Presnya və İzmaylovo səmtlərindəki binaları ilə vidalaşa bilər.
Publika.az "Vedomosti"-yə istinadən bildirir ki,
Telman İsmayılov yaratdığı AST şirkətlər qrupunu oğulları Ələkbər
və Sərxana verib.
Hazırda isə "Bank Moskva" və AST şirkətlər qrupuna daxil olan KBF AST şirkəti 4 milyard rubl məbləğindəki borc probleminin tənzimlənməsi ilə bağlı danışıqlar aparırlar.
"Bank Moskva" bir neçə il öncə AST-yə kredit vermiş, Telman
İsmayılovun şirkəti isə alınmış 4 milyard rublluq kreditlə bağlı
ödənişləri vaxtında reallaşdırmamışdı.
Həmin krediti almaq üçün Telman İsmayılov Moskvanın Arbat
küçəsindəki məşhur "Praqa" restoranını, Krasnaya Presnyada
"Tropikano" biznes mərkəzini və Şərqi İzmaylovodakı binalar
kompleksini girov qoymuşdu.
"Bank Moskva" kredit problemini həll etmək üçün AST-dən Krasnaya
Presnya və İzmaylovodakı binaları alacaq.
Bu binaların dəyəri krediti ödəmək üçün yetərli olmasa, "AST
Telman" kimi tanınan Telman İsmayılov "Praqa" restoranını da
itirəcək.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi