
Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən 96 saylı orta məktəbin həyətində qətlə yetirilən kişi meyiti tapılıb.
Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən verdiyi məlumata görə, öldürülən şəxsin Yevlax
rayon sakini Elçin Abbasov olduğu bildirilib. Onun bıçaqla qətlə
yetirildiyi bildirilir.
Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin
Bakı şəhər sakini Yusif Ələkbərzadə tərəfindən törədilməsi müəyyən
edilib.
Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.