Cəbhə bölgəsində hərbi təlimlər başladı
Bizi izləyin

Qırmızı.az

Cəbhə bölgəsində hərbi təlimlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhə bölgəsində hərbi təlimlər keçirib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdam istiqamətində keçirilən hərbi təlimlər 20 dəqiqəyə yaxın davam edib.

Hərbi təlimlər zamanı Silahlı Qüvvələrimizin bölmələrinin avtomat və mina atanlardan istifadə etdikləri bildirlir. Hazırda hərbi təlim yekunlaşıb


Qeyd edək ki, ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 45 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Qarşı tərəf cavab atəşi ilə susdurulub

Oxumağa davam et
Reklam
Reklam

Gündəm