Bakıda 35 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda 35 dərəcə isti olacaq

Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, iyunun 7-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 7-də havanın temperaturu 16-21, gündüz 28-33, bəzi yerlərdə isə 35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm