Kəmaləddin Heydərov həmkarları ilə görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov həmkarları ilə görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə, Əfqanıstan və Qırğızıstandan gələn həmkarları ilə görüşüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 6-da nazir Kəmaləddin Heydərov Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Komitəsinin baş direktoru Fuat Oktay, Əfqanıstan İslam Respublikası Fəlakətlərin İdarəolunması Milli Agentliyinin baş direktoru Mohammad Daim Kakar və Qırğızıstan Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovu qəbul edib.

Qardaş Türkiyə nümayəndə heyətinin beynəlxalq konfransda fəal iştirakını diqqətə çatdıran nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat vermiş, nazirliyin strukturlarının əməkdaşlarının türkiyəli həmkarları ilə sıx əməkdaşlıq etdiklərini demişdir. Bu konteksdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha geniş perspektivləri mövcuddur.

Fuat Oktay yüksək qonaqpərvərliyə görə Türkiyə nümayəndə heyəti adından təşəkkürünü bildirmiş, Qəbələdə uğurla başa çatmış beynəlxalq konfransda irəli sürülmüş təkliflərin gələcək əməkdaşlıq baxımından faydalı olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır.Türkiyəli qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Multimedia Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Beynəlxalq konfransda fəal iştirakına görə qonaqlara təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat verib.

İştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Kubatbek Boronov demişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə gələcəkdə də sıx əməkdaşlıq etməkdə maraqlıdır.

Nazir əlavə edib ki, Azərbaycan hökuməti, o cümlədən Fövqəladə Hallar Nazirliyi Əfqanıstana humanitar yardımlar göndərilməsi məsələsiniə diqqətlə yanaşır.

Qəbələdə uğurla başa çatmış beynəlxalq konfransın çox məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran qonaq, onun rəhbərlik etdiyi qurum Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zəngin təcrübəsini öyrənmək, gələcəkdə daha sıx əməkdaşlıq etmək istədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm