FHN-dən çimərlik mövsümü ilə bağlı - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

FHN-dən çimərlik mövsümü ilə bağlı - XƏBƏRDARLIQ

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilib.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilib.

Mərasimdə Fövqəladə Hallar Nazirliyinin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak edib.

Mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, xilasetmə texnikaları və avadanlığı ilə tanış olublar. Çimərliklərdə və kütləvi istirahət yerlərində insanların təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin gücləndirilməsi və diqqətin artırılması vurğulanıb.

Hər çimərlik mövsümü başlayanda insanlar arasında maarifləndirmə işlərini aparıldığı bildirilib və müasir texnika və avadanlıqla təchiz olunmuş xidmət tərəfindən çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı lövhələrin quraşdırıldığı nəzərə çatdırılıb. Vətəndaşlara özlərinin və doğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri də tövsiyə olunub.

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm