Həftənin ilk iş günü hava yağmursuz keçəcək
Bizi izləyin

Qırmızı.az

Həftənin ilk iş günü hava yağmursuz keçəcək

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə isti, Türkan, Hövsan, Şıx, Şahildə 23-24 dərəcə isti olacaqdır.

Azərbaycan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Aran rayonlarında iyunun 9-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm