
Hadisə bu gün saat 21 radələrində baş verib. Nəriman Nərimanov prospektində bina 33-ün birinci mərtəbəsində Gəncə şəhər sakini 33 yaşlı Emin Abdullayevə məxsus 3 otaqlı dönərxanada güclü yanğın olub.
Hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Gəncə şəhər Dövlət
Yanğından Mühafizə idarəsinin 3 yanğın söndürən avtomobili 21 canlı
qüvvəsi cəlb edilib. Yanğın güclü olsada yangın söndürənlər alovun
digər binalara keçməsinin qarşısını alıb.
Bildirək ki, ümumi sahəsi 54 kv metr olan 3 otaqlı dönərxanada 1
dəst mətbəxt mebeli, 4 ədəd soyuducu, 6 ədəd stol stul və digər
əşyalar tamami ilə yanıb. Yanğının baş verməsinə səbəb qaz
balonundan sızma olub. Məlumat üçün bildirək ki, dönərxanada 10
ədəd qaz balonu olub və 3 ədəd qaz balonu sızıb. Faktla bağlı
araşdırma aparılır.