
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a
verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə
əlaqədar bu gün saat 11:00-dan 13:00-dək və 16:00-dan 18:00-dək
Xətai, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 14:00-dan 16:00-dək
Suraxanı rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.
Eyni zamanda, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının, mövcud
qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar
isə saat 17:00-dək Lənkəran rayonunun bir hissəsinə təbii qazın
verilişində fasilələr yaranacaq.