"Nizami" Kinoteatrı yandı
Bizi izləyin

Qırmızı.az

"Nizami" Kinoteatrı yandı

Bu gün səhər saatlarında Bakıda "Nizami" Kinoteatrında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə saatlarında olub.


Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.


Yanğınsöndürənləri səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.


Yanğının nə səbəbdən baş verməsi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm