Macar aydınları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Macar aydınları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macarıstan aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət ediblər.

Macar Turan Vəqfinin üzvləri və digər qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq- alim Zərifə Əliyevanın məzarını ziyarət edib, xatirələrini ehtiramla yad ediblər.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışan ABAİ İB sədri, millət vəkili Q.Paşayeva, onun həyatının Türk Dünyası və bütün tərəqqipərvər insanlar üçün bir örnək olduğunu qeyd edib, habelə Azərbaycan-Macarıstan dövlətlərarası münasibətlərinin bügünkü yüksək səviyyəsinin əldə olunmasında ulu öndərin tarixi xidmətlərini vurğulayıb.

Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan bir sıra görkəmli aydınları, dövlət adamlarının məzarları ziyarət edilib.

Sonra Şəhidlər Xiyabanına gələn macar qonaqlara ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva tərəfindən Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.

Macar qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd edək ki, macar nümayəndə heyətinin üzvləri paytaxtla yaxından tanışlıq çərçivəsində İçərişəhərdə Şirvanşahlar Saray-Komleksini, Qız Qalasını, “Cümə Məscidi”ni, habelə “Bayraq Meydanı”nı və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş bilgilər verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm