Qırmızı.az
Bakı çimərliyində vəhşilik: atın ayağını baltaladı (FOTO)
Bir neçə gün əvvəl yay mövsümü ilə əlaqədar olaraq Əmir oğlu Qurbanla birlikdə Novxanı çimərliyində insanlara xidmət etmək, onları atla gəzdirməklə pul qazanmaq fikrinə düşüb. Onlar ata-bala 500 manata bazardan at alıb və bununla da muradlarına çatdıqlarını düşünüblər. Əslində isə, başqa bir at biznesilə məşğul olan şəxsin niyyətindən xəbərsiz olublar.
At sahibinin yaxınları bildiriblər ki, çimərlikdə başqa bir at
sahibi ata-balanın onun biznesinə şərik çıxdığını görüb plan
hazırlayıb. “Rəqib at”ın harada saxlanıldığını öyrənərək gecə həmin
yerə gedib. Atın tövlədə ayağını balta ilə kəsiblər. Ağrıdan at
tövlədən qanı axa-axa qaçıb və yolun yarısında qanitirmədən
yıxılıb. At sahibi yaralı atını taparaq baytar çağırıb.
Baytar atın yarasına əlac etsə də, onun kəsilən ayağı heç vaxt
işləməyəcək. Atın əsas damarı və əzələsi kəsilib. At sahibi məsələ
ilə bağlı polisə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, iki gün əvvəl
Daxili İşlər Nazirliyinin “102” xidmətinə bir vətəndaş zəng edərək
Novxanıda yol kənarına ayağı sınmış bir atın yıxıldığını deyib.
Əraziyə əməliyyat qrupu getsə də, işarə verilən ünvanda atı tapa
bilməyib. Lakin raport yazılaraq məsələnin araşdırılması üçün sahə
müvəkkilinə göndərilib.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”