Qırmızı.az
Nazir turizm müəssisələrinə xəbərdarlıq etdi
"Bu gün Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır. Ona görə də lisenziyalaşdırma mütləq amildir və lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin ilk yarısında Azərbaycana gələnlərin sayında stabillik müşahidə olunub:
"Biz deyə bilmərik ki, bu yarım ildə hansısa böyük sıçrayış, 20-30% artım olub. Təxminən 2-3% artım mövcuddur ki, bu da təbii prosesdir. Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Elan etmişik ki, Olimpiya Oyunları zamanı Azərbaycanda fəaliyyət göstərən hotellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses davam edir və bu iş nəinki Bakıdakı, eləcə də bütün regionlardakı müəssisələrə şamil olunacaq".
Ə.Qarayev həmçinin qeyd edib ki, xüsusi hüquq əsasında mütəmadi olaraq turizm obyektlərində monitorinq keçirilir:
"Mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin keçirilməsi davam etdiriləcək. Turizm müəssisələrində insanlara göstərilən xidmətlər kifayət qədər normal olmasa, standartlara cavab verməsə, onlar barəsində müvafiq ölçülər götürüləcək. Bu monitorinq həm də qabaqlayıcı prosesdir. Bu, imkan verir ki, hansısa nöqsanlar, çatışmazlıqlar varsa, həmin müəssisələrə onları düzəltməyə kömək edək. Biz onlara vaxt veririk. Kim öhdəsindən gəlsə, çatışmazlıqları aradan qaldırsa, qoy canla-başla işləsin".
Nazir bildirib ki, son illər ölkədəki turizm obyektlərində
qiymətlərin artması müşahidə olunmayıb:
"Biz qəti deyə bilərik ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur. Biz 4 il bundan qabaq bir il ərzində, rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olduq. Bundan sonra artım olmayıb, yəni qiymətlər stabildir. Bu gün Azərbaycanda hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətlər əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil olmaqla, 25-30 manata hotellər, kempinqlər var. Eyni zamanda, qiyməti 200-300 manata olanlar da var. Bu çeşidlilik mövcuddur, olmalıdır. Hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır".
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO