
Rejissor İntiqam Hacılı məhkəməyə verilib.
Rejissorun məhkəməyə verilməsinə səbəb ATV kanalında yayımlanan "Qız yükü" serialında baş verən qalmaqalla bağlıdır. Belə ki, serialının ilk 7 seriyasının ssenari müəllifi Arzu Soltan qonorarını ala bilmədiyinə görə İ.Hacılını məhkəməyə verib.
Arzu Soltan AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun
sözlərinə görə, yanvar ayından bu günə kimi qonorarını ala
bilmir:
“Mən rejissorun işindən narazı qaldım və serialı tərk etdim. O da açığa düşüb mənim qonararımı vermir. Buna görə də, məcbur qalıb məhkəməyə müraciət etdim”.
Qeyd edək ki, bir müddət əvvəl bu serial erotik səhnələrinə görə,
gündəmə gəlmişdi.