Qırmızı.az
Onkoloji xəstələr bunları bilməlidir
Azərbaycanda onkoloji xəstələr bir çox hallarda müalicələrinin xeyli baha başa gəlməsindən şikayət edirlər.
Azərbaycanın baş onkoloqu Azad Kərimli isə belə xəstələrin müalicəsinin ödənişli, yaxud ödənişsiz əsaslarla aparılmalı olduğuna aydınlıq gətirib.
Baş onkoloq Trend-ə bildirib ki, onkoloji profilli dövlət müəssisələrində onkoloji xəstələrin həm əməliyyatı, həm də müalicəsi pulsuz həyata keçirilməlidir.
A.Kərimlinin sözlərinə görə, Milli Onkologiya Mərkəzindəki monitorda xəstələrə verilməli olan dərmanların siyahısı göstərilir. Onkoloji xəstə həmin dərmanların alınması üçün pul ödəməli deyil:
"Milli Onkologiya Mərkəzində xəstələrə bütün dərmanlar pulsuz verilir. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı olan onkoloji xəstələr üçün lazım olan bütün preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz verilir".
Baş onkoloq qeyd edib ki, bundan əlavə, 9 bölgəyə - rayonlarası onkoloji dispanserlərdə qeydiyyatda olan xəstələr üçün də hər ay dərmanlar göndərilir. Bəzən hansısa bir dərman çatışmadıqda isə onun yerinə əvəzedici dərman verilməklə bu məsələ tənzimlənir.
A.Kərimli deyib ki, onkoloji xəstələrin kimyaterapiyası üçün də tələb olunan dərmanlar xəstələrə pulsuz verilməlidir:
"Əslində, kimyaterapiya da xəstələr üçün pulsuzdur. Özəl kliniklalarda müalicə olunan xəstələr üçün isə dərmanları almaq məqsədilə resept yazırlar".
Baş onkoloq qeyd edib ki, onkoloji xəstələr üçün dərmanlar dövlət tərəfindən xəstələrin tələbatına uyğun ayrılır.
Onun sözlərinə görə, Azərbaycana onkoloji xəstələr üçün dərmanları hansısa şirkət gətirmir. Dərmanlar birbaşa olaraq istehsal edildiyi zavodlardan alınır. Ancaq bəzən uzaqdan gətirildiyinə görə dərmanların paylanılmasında gecikmələr olur. Amma bu halda da həmin dərmanın əvəzedicisindən istifadə olunur.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı