"Yol terroru": 404 ölü,1003 yaralı
Bizi izləyin

Qırmızı.az

"Yol terroru": 404 ölü,1003 yaralı

Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 152 (13,2%), ölənlərin sayı 39 (8,8%), yaralananların sayı isə 244 (19,6%) fakt azalıb.

Hadisələrin 370-i paytaxt Bakıda baş verib. Nəticədə 113 nəfər ölüb, 364 nəfər xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 47 (11,3%), ölənlərin sayı 24 (17,5%), xəsarət alanların sayı isə 64 (14,9%) fakt azalıb.

Respublika üzrə baş verən yol qəzalarının 337-si toqquşma nəticəsində baş verib. Bu, yol-nəqliyyat hadisələrinin 33,8%-ni təşkil edib. Nəticədə 135 nəfər ölüb, 462 nəfər yaralanıb.

Qəzaların 13,1%-i aşma (131 hadisə, 80 ölüm, 124 yaralı), 10%-i maneəni vurma (100 hadisə, 42 ölüm, 100 yaralı), 28,9%-i sürət həddini aşma (288 hadisə, 144 ölüm, 232 yaralı), 31,1%-i ötmə və əks istiqamətli hərəkət zolağına çıxma (310 hadisə, 120 ölüm, 364 yaralı), 8,2%-i yolayrıcını keçmə qaydalarının pozulması (82 hadisə, 24 ölüm, 122 yaralı), 2,1%-i avtomobilin sərxoş vəziyyətdə idarə olunması (21 hadisə, 10 ölüm, 26 yaralı) səbəbindən baş verib. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm